“Kəpəz” yeni futbolçu transfer edib 

22:16 24.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan hafta.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Trent Buhagiarı transfer edib. Yarımmüdafiəçi ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.

Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi Vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından “Breşiya” olub.